Pərvin: "17 yaşında nişanlı olub, ayrılmışam" ŞOK-ETİRAF

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı haqda hər kəsi şoka salacaq etiraflar edib. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan aktrisa nişan qaytardığını söyləyib: "İlk məhəbbətim çox olub. Hansı birini deyim? Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdur, qız ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram.

Həyatımda biri var. Onu uzun müddətdir sevirəm. Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər Azərbaycanda tanınmış aktrisa olacağımı desəydilər, inanmazdım. Bəlkə də, gülərdim. Çünki, 17 yaşında nişanlınmışam. 19 yaşımda da toyum olacaqdı. Ərə gedəcəyim bəyi mən yox, ailəm seçmişdi. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum. Lakin, alınmadı. Məlum oldu ki, həmin insan həm evli, həm nişanlı olub.

Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı. Bədbəxt olsam belə, o insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim, həyatım dəyişdi və ayrıldıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə