Zöhrə Abdullayeva Avropa turnesinə çıxacaq

Zöhrə Abdullayeva Avropa turnesinə çıxacaq
Tanınmış müğənni Zöhrə Abdullayeva yeni layihə üzərində çalışır. Zöhrə Abdullayevanın SİA-ya verdiyi məlumata görə, müğənni sənəti tərk etmədən öncə "Azərbaycan doğma vətənim" layihəsi çərçivəsində Azərbaycanda analoqu olmayan birlikdə 3 disk hazırlayır: "Disk ilin sonuna qədər işıq üzü görəcək. Birinci diskdə Üzeyir Hacıbəyovun əsərləri, digərində mənimlə mərhum sənətkar, xalq artisti Məmmədbağır Bağırzadənin işıq üzü görməyən duetlərimiz, 3-cü diskdə isə qısametrajlı sənədli film yer alacaq. Bu film mənim yaradıcılığından bəhs edəcək. Mənim bioqrafiyam, bu günə qədər aldığım mükafatlar. Diskin böyük təqdimat mərasimi də keçiriləcək".

Zöhrə xanım əlavə etdi ki, 2011-ci ilin sonlarında o, eyni adlı solo konsert verməklə sənətlə vidalaşmağı düşünür: "Ümumiyyətlə, 2011-ci il mənim üçün çox işgüzar il olmalıdır. Çünki səhnə ilə vidalaşmadan öncə mən Avropa turnesinə çıxmağı planlaşdırıram. Bir çox şəhərlərdə konsert proqramı ilə çıxış edəcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə