Müğənni Türkan Vəlizadə fotokamera önünə keçib. SİA-nın məlumatına görə, ifaçı bir neçə obraza girərək, şəkillər çəkdirib. O, həmin fotoları "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: "Qadına tətbiq oluna biləcək ən gözəl şiddət, onu şiddətlə sevməkdir. Kişiliyin gücü isə bir qadına vurmaqda deyil, bir qadına vurulmaqdadır. Qadın tanrının kişiyə əmanətidir. Allah əvvəlcə Adəmi, sonra Həvvanı yaradaraq onu Adəmə əmanət etdi. Qadın hər gün sevilmək, sevmək, qayğı, hörmət gözləyir, bir gün deyil! Qadın hər gün qadın olmaq istəyir. Özünü hər an qadın hiss etmək istəyir. Qadın zərif, incə, incə olduğu qədər də güclü, dözümlü, mübariz məxluqdur. 8 mart gününə həsr olunmuş “Mən də qadınam” adlı layihə vasitəsilə çalışdım ki, 8 obrazda müxtəlif qadın simalarını canlandırım. Qadına ən böyük hədiyyə ona edilən hörmət, verilən dəyərdir. Bu dəyəri bir dəstə güllə, bir qutu ətirlə və ya hansısa qızıl əşya ilə ölçmək olmaz. Yalnız bir gün evlərində qadın olduğunu xatırlayan kişilərə mesaj olsun".









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB