"Ərimdən boşanmağıma qaynanamın və baldızlarımın günahı var" FOTO

"Ərimdən boşanmağıma qaynanamın və baldızlarımın günahı var" FOTO

Şairə, aparıcı Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə verilişlərin birində hər kəsi şoka salacaq sözlər deyib. SİA-nın məlumatına görə, Pərvanə 3 ildir həyat yoldaşından boşandığını və ayrılmasında baldızlarının, qayınanasının əli olduğunu söyləyib: “Mən o evdə qala-qala ərim mənə xəyanət edirdi. Onu başqa qadınla tutmuşdum. Biz ailələrin razılığı ilə evləndik. Etiraz da etmədik. 4 il bir yerdə yaşadıq. Xəyanət edirdi, ayrılmaq istəyirdi. Qayınanam mənə dedi ki, ata evinə get. Sonra anamı çağırıb, deyib ki, qızını apar. Ara sakitləşəndə elə edəcəm oğlum qayıtsın. Mənə deyirlər ki, oğlan 1 ildir ailə qurub. Amma yalandır, 3 ildir evlənib. Elə mənimlə ailəli olanda Sahilə adlı qadınla görüşürdü. Məni evdən çölə çıxmağa icazə vermirdilər. Ayrılmağımda qayınanamın da, baldızlarımın da günahı var. Qayınanam deyirdi sənə görə oğlumla üz-göz ola bilmərəm. Evə gəlmirdi, gələndə başqa otaqda yatırdı. Mən Nazilədən də kömək istədim. O, dedi, qardaşımla danışaram. Amma mənə yardım etmədi. Nazilə övladlarım üçün hədiyyə göndərib, mağazaya qaytarıb pulunu almışam. Çünki uşaqlarım xəstə idi, həkimə pul verməliydim.

Ev vermirlər, kirayədə qalıram. Alimenti belə ödəmirlər. Məhkəməyə vermişəm, gedib apellyasiyaya müraciət edib ki, ödəməsin”.

Qeyd edək ki, Pərvanənin iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə