Xalq artisti: "Varlığın gözəl idi, yoxluğun o qədər acı ki..." FOTO

Xəbər verdiyimiz kimi, xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların atası Zakir 84 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, Gülyaz Məmmədova sosial şəbəkədə atası ilə fotosunu paylaşaraq bu sözləri yazıb: “Gözəl ailə başcısı, valideyn, atam, sənin övladlarına verdiyin tərbiyə misilsizdir. Biz övladların səninlə həmişə fəxr etmişik. Mənim ürəyi gözəl atam, hamının hörmətini qazanmışdın. Bütün el-obada qonaqpərvərliyinlə, dülgər sənətinlə, zurna və davul ifacılığınla sevildin. Varlığın gözəl idi, yoxluğun o qədər acı ki... Yerin cənnət olsun canım atam.

5 mart 2018 ci il, səhər saat 10-da infarktan atam Zakir Əsədullah oğlu Məmmədov dünyasını dəyişdi. Təəssüf ki, mətbuat tarixi öyrənmədən yanlış yazıblar. Baş sağlığı verən, dərdimizi, acımızı paylaşan bütün dostlarımza, sənət yoldaşlarımıza, iş adamlarına dərin təşəkkürümüzü bildiririk”.

Bütün xəbərlər Facebook səhifəmizdə