Kamran Həsənli uzun illərdən sonra efirdə FOTO

Kamran Həsənli uzun illərdən sonra efirdə FOTO

Tanınmış şoumen və aparıcı Kamran Həsənli uzun illərdən sonra efirə qayıdır. SİA-nın məlumatına görə, o, həftə içi hər gün saat 10:00-dan 13:00-dək "1 Onda başladıq" adlı səhər proqramı ilə tamaşaçıların qonağı olacaq.

3 saat davam edəcək veriliş “Space TV”də yayımlanacaq.

Proqramda ölkədə və dünyada baş verən hadisələr, maraqlı mövzular Azərbaycanın sayılıb-seçilən şəxsləri ilə müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə