Müğənnilər Səidə Sultan və Kərim Abbasov bir araya gəliblər. SİA-ya bu haqda Kərim açıqlama verib: "Verilişlərin birində yayımlanacaq Novruz bayramı şənliyinə görə canım dostum Səidə Sultanla yeni duet hazırlamışıq. Bəstə "Cani" adlanır. Bu mahnıya klip də çəkiləcək. Ekran işinin rejissoru Qurban Qubaddır. Klipdə Səidəylə milli geyimdə olacağıq. İmicimizin üzərində modelyer Rüfət İsmayıl çalışıb. Ekran işində Rüfətin 11 il öncə hazırladığı milli geyimlərdən istifadə edəcəyik. Klip tezliklə tamaşaçıların ixtiyarına veriləcək. Ümid edirik ki, ekran işimiz bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB