Əməkdar artist Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb.
Onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkərək saytlara göndərib. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb.
O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB