“Eurovision 2018”də səslənəcək mahnımız sosial şəbəkələrdə

“Eurovision 2018”də səslənəcək mahnımız sosial şəbəkələrdə

“Eurovision 2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədovanın (AISEL) ifa edəcəyi mahnı sosial şəbəkələrdə təqdim olunub. SİA-nın məlumatına görə, “X my heart” adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.

Xatırladaq ki, Aysel Məmmədova müsabiqənin birinci yarımfinalının ilk hissəsində çıxış edəcək.

Qeyd edək ki, sözügedən mahnı müsabiqəsinin yarımfinalları mayın 8-i və 10-da, finalı isə mayın 12-də Lissabonda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə