“5/5” verilişinin “Kimi bəyənirsiniz?” rubrikasında bu dəfə müğənni Manaf Ağayevlə Əflatun Qubadov səsverməyə qoyulub. SİA-nın məlumatına görə, ilk günlər aparıcı Zaur Kamal Ə.Qubadovun öndə olduğunu elan edib. "İnstagram"da aparılan səsvermədə daha sonra M.Ağayev önə keçməyə başlayıb.
Zaur proqramda açıqlama verərək bildirib ki, səsvermədə saxtakarlıq olub. Belə ki, qəfildən səslər Manafa verilib. Onun adının yazıldığı profillər isə xaricdən olub. Z.Kamal “Xüsusi proqram vasitəsiylə pul qoyub özünə səs verdirir. Yalnız Azərbaycandan gələn səslər hesablanacaq” deyə bildirib.
Saxta səslərin dayanmadığını görən proqramın yaradıcı heyəti müğənnilərdən heç birini qalib elan etməyib və efirdə sosial şəbəkədə yazılan şərhləri M.Ağayevə göstərib: “Şərh 60 mini gəlib keçdi. Şərhlər arasında xarici vətəndaşlar çox oldu. Ola bilsin ki, Manafın da, Əflatunun da xaricdə fanatları var. Amma maraqlıdır ki, xaricilər eyni sözü kopi edib mənim də şəxsi profilimə göndərirlər. Eyni cümləni fərqli adlarla atırlar. Bunlar proqramla yazılıb. Şərhləri yazan adlar isə xarici vətəndaşlardır. Bunlar necə olur bilmirəm. Amma bu proqramla edilib. Ona görə də biz səsverməni dayandırdıq. Heç bir müğənninin səsini hesablamadıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB