Səmra yeni klipinə görə jurnalistlərlə görüşdü VİDEO

Səmra yeni klipinə görə jurnalistlərlə görüşdü VİDEO

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli media nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, müğənni “Hypnotized” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Səmra yeni işi haqda "ağızdolusu" danışaraq klipdə ukraynalı komanda ilə bilrikdə çalışdığını bildirib: " “Hypnotized” adlı mahnını yunan və isveç bəstəkarları ərsəyə gətirib. Ukraynalı komanda özü mənə bu işbirliyini təklif etdi. Mən də onlara dəstək olmaq və öz yaradıcılığımda bir yeniliyə imza atmaq üçün razılaşdım. Bir neçə gün içərisində ekran işi hazır oldu. Xüsusi ilə qeyd edim ki, bu işdə anam mənə yaxından dəstək oldu. Belə ki, anam gecə-gündüz mənə paltarlar tikdi. Vaxtımız az olsa da, gözəl geyimlər hazırlaya bildik”.

Bütün xəbərlər Facebook səhifəmizdə