Məşhurlar bir arada AÇIQLAMA

Məşhurlar bir araya gəlib. SİA-ya bu haqda xalq artisti Alim Qasımov açıqlama verib: "Əməkdar artist Fərqanə Qasımova və müğənni Rübail Əzimovla yeni layihə üzərində çalışırıq. Belə ki, "Sərhəd: Arpaçay ayrılıq nəğməsi" adlı filmə görə bir araya gəlmişik. Həmin ekran işi üçün mahnı hazırlayırıq. Artıq filmlə bağlı son tamamlanma işləri gedir. İnanırıq ki, layihəmiz uğurlu olacaq".

Qeyd edək ki, "Sərhəd: Arpaçay ayrılıq nəğməsi" adlı filmin rejissoru Əli Əbdalinindir. Ekran işi bir neçə gündən sonra kinoteatrlarda nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə