Əməkdar artist Firuzə İbadova verilişlərin birinə qatılıb. SİA-nın məlumatına görə, ifaçı mərhum xalq artisti İlhamə Quliyevanın ona borcu olduğunu bildirib: “Əgər alacağım varsa, nəyə görə ala bilmirəm? Axı mən heç kimə gedib demərəm mənə bu qədər pul lazımdır. Həmişə mən əl tutmuşam. Hamını mən çatdırmışam ağ günlərə. İndi niyə qara gündə qalmalıyam?! Axı mən öz pulumu, öz malımı istəyirəm. O gəlir aldadır məni, bu gəlir aldadır. Nə qədər olar? Bu dəqiqə borcun içindəyəm. Yaşadığım evdən də məni çıxardırlar. Evimə 8 min pul verməlidir. Eyni zamanda təmir etdirmişəm, ona borcum qalıb. 6 min də buna verməliyəm. Əsəblərimə pis təsir edir. Alacağım var, vermirlər. İlhamə Quliyevanın sağlığında pul vermişdim, indi bacıları qaytarmır”.
F.İbadova İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun ona borcu qaytarmadığını bildirib.
Əli Mirəliyev İ.Quliyevının bankda 380 min pulu olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB