İlhamə Quliyevanın oğlu və gəlini ayrılıb FOTO

İlhamə Quliyevanın oğlu və gəlini ayrılıb FOTO

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov həyat yoldaşından ayrılıb. SİA-nın məlumatına görə, bu haqda ifaçı Əli Mirəliyev verilişlərin birində deyib.

O bildirib ki, Orxanın qaldığı ev də əlindən alınıb: “Orxan hazırda küçələrdə qalıb. Bilinmir haradadır. Arvad da gördü ki, Orxana heç nə qalmır. Arifə bildi ki, Gülbaharla İradə İlhamənin mirasını ələ keçirdi. Orxandan ayrıldı. Uşağını da götürüb çıxıb, gedib”.

Qeyd edək ki, Orxan və Arifə cütlüyünün Ruslan adlı oğul övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə