Reper Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelika arasındakı problemlər səngimək bilmir. SİA-nın məlumatına görə, Anar keçmiş həyat yoldaşının onu hədələdiyini, təhqir etdiyini bildirib. Anjelika isə reperin dediklərini yalan adlandırıb. O, hətta Anarın onu hədələdiyi mesajları da yayıb: "Anarın yalan açıqlamaları məni bezdirib. Narkomanın ürəyi də zəif olur, halı da pis olur. Bunun mənə nə dəxli? Hədələyən mən yox, hədələnən mən olmuşam. Anarın narkotik istifadəçisi olduğu hamıya məlumdur. Normal həyat tərzi sürmədiyi, uşaqlarına baxmadığı heç kimə sirr deyil. Ona əvvəllər də dozadan artıq narkotik maddə qəbul etdiyi üçün bir deyil, bir neçə dəfə təcili yardım gəlib. Mənim üstümə heç nə atmasın. Reklam istəyirsə, başqa yola əl atsın. Belə boş hərəkətlərlə reklam qazanmasın. Uşaqlarının alimentini ödəsin, onlara yiyəlik eləsin. Həyatda bir dəfə də olsa, adam olsun".
Həmin mesajları təqdim edirik:



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB