Özbək müğənni Bakıda klip çəkdirir AÇIQLAMA

Özbək müğənni Bakıda klip çəkdirir AÇIQLAMA

Özbəkistanın məşhur müğənnisi Manzura Azərbaycanda klip çəkdirmək fikrinə düşüb. Bu haqda SİA-ya ekran işinin rejissoru Nail Naiboğlu açıqlama verib: "Yeni klipin çəkilişlərinə hazırlaşıram. Belə ki, Özbəkistanın məşhur müğənnisi Manzura Bakıya gəlir. O, azərbaycanlı meyxana ustası Tərlan Novxanı ilə birgə duet ifa etdiyi “Xəyanət etmərəm” adlı mahnıya klip çəkdirir. Ekran işini Özbəkistanda da çəkə bilərdim. Lakin, razılaşmadım. Klipin Bakımızda çəkilməsinin tərəfdarı oldum. Hər dəfə Manzuranın ekran işi özbək telekanallarında yayımlananda Azərbaycanın gözəlliklərinin göz oxşamasını istədim. Bu mənim içimdən gələn vətənpərvərlik hissləridir".

Qeyd edə ki, klip sırf Azərbaycanın yaradıcı heyəti tərəfindən ərsəyə gələcək. "Xəyanət etmərəm" adlı bəstənin müəllifi Tərlan Novxanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə