Natavan Həbibi pərəstişkarlarını sevindirəcək VİDEO

Natavan Həbibi pərəstişkarlarını sevindirəcək VİDEO

Müğənni Natavan Həbibi pərəstişkarları ilə görüşəcək. SİA-nın məlumatına görə, bu haqda sənətçi "İnstagram" səhifəsində xəbər verərək, martın 1-də “İmza günü” keçirəcəyini deyib: "Çoxsaylı izləyicilərimin istəyini nəzərə alıb, tez bir zamanda yeni mahnımı təqdim etməyi planlaşdırmışam. Sizi mart ayının 1, saat 20:00-da, "Park Bulvar" "İmza günü"mə dəvət edirəm. Yeni mahnımı şəxsən sizin üçün məhz orada ifa edəcəm. Gəlin, sevdiyiniz mahnıları birgə oxuyaq, maraqlı müsabiqələr keçirək, bol-bol şəkil çəkdirək, qısacası birgə əylənək. Dəvətimi qəbul etməyənlərə isə heç təəccüblənmirəm. Çünki zövqlər müxtəlifdir, anlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə