Şou-biznesdə daha bir küsülülüyə son qoyulub. SİA-nın məlumatına görə, müğənni Elton Hüseynəliyev küsülü olduğu xalq artisti Brilliant Dadaşovayla və müğənni Günay İbrahimli ilə arasındakı incikliyə son qoyub.
Elton hətta hər iki sənətçi ilə duet oxumağı planlaşdırdığını bildirib: “Qeybətim də, qalmaqalım da olub. Yatmışdım, birdən oyandım. Düşündüm ki, belə etməklə özümə pislik edirəm. Həyatımda elə bir şey baş verdi ki, hər şeyi anladım. Həyat qısadır. Gecə vaxtı gəzirdim. səmaya baxdım. Ağlıma fikir gəldi ki, sabahdan yeni həyata başlayacam. Hər şeyi bir il içində edəcəm. Günayla qalmaqal yaşadıq, barışdıq. Duet istəyirik oxuyaq. Brilliant dadaşova ilə də barışığımız oldu”.
Qeyd edək ki, Elton Dadaşovanı "paxıl" adlandırmışdı. Onlar arasında küsülülük bundan sonra başlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB