Sarı saçlı Səbuhi Xanlarovdan ilginc AÇIQLAMA-FOTOLAR

Sarı saçlı Səbuhi Xanlarovdan ilginc AÇIQLAMA-FOTOLAR

Şou-biznesdə özündən başqa bir çoxlarını bəyənməyən və əksər tanınmış simaların bostanına "daş" atan aktyor Səbuhi Xanlarov fotokameramıza tuş gəlib. SİA-ya danışan aktyor özü haqda ilginc açıqlama verib: "Gördüyünüz kimi, saçlarımın rəngini dəyişmişəm. Belə ki, sarıya boyatmışam. Saçlarımın rəngini dostumun xahişi ilə dəyişdim. Belə ki, dostum məni məclislərin birinə dəvət etdi və həmin gecə üçün saçlarımın rəngini dəyişdirməyimi xahiş etdi. Mən də onun xahişini nəzərə alaraq qara rəngli saçlarımla vidalaşıb, sarıya boyatdırdım. Hətta saçımı sarı rəngə boyatdırdığıma görə dostumdan yaxşı pul aldım".

S.Xanlarovun fotoqrafımız tərəfindən çəkilmiş yeni fotolarını təqdim edirik:

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə