Əməkdar artist: "Nəvəmin yaraları sağalır" FOTOLAR

Əməkdar artist: "Nəvəmin yaraları sağalır" FOTOLAR

Xəbər verdiyimiz kimi, əməkdar artist Mehriban Xanlarovanın üstünə qaynar su tökülərək, yanan nəvəsi uzun müddətdir xəstəxanadadır. SİA-nın məlumatına görə, aktrisa nəvəsinin evə buraxıldığını bildirib: "Nəvəmin səhhəti ilə əlaqədar olaraq 1 aydır xəstəxanada qalırdım. Həkimlərin məsləhəti ilə bizi evə buraxdılar. Müalicənin xeyri oldu və hazırda nəvəmin bədənindəki yanıq xəsarətləri yavaş-yavaş sağalır. Allah nə dostumu, nə düşmənimi xəstəxanaya salsın. Ən əsası isə heç kimi balası, nəvəsi ilə imtahan etməsin.

Çətin günlərimdə məni yalnız buraxmayan ailəmə, həmkarlarıma, dostlarıma, nəvəm üçün dua edən bütün Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə