Müğənni Elnarə Xəlilova “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnı təqdim edib. Musiqi parçası İngilis və Azərbaycan dillərindədir. SİA-nın məlumatına görə mahnının sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjemanı Emil Həşimova aiddir.
Elnarə mahnının İngilis dilində olmasına da aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Mahnıdakı sözlər çox təsirləndirdi”.
Layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Video-klip üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB