Məşhur aktrisa dünyasını dəyişib

Məşhur aktrisa dünyasını dəyişib

Məşhur hind aktrisası Şridevi Kapur dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə onun ailəsi məlumat yayıb. 54 yaşlı aktrisanın ölüm səbəbi infarktdır. Şridevi Dubayda bir ailə nikahına qatılan zaman vəfat edib.

Qeyd edək ki, aktrisanın əsl adı Şri Amma Yanqerdir. O, 13 avqust 1963-cü ildə Tamillandda anadan olub. 4 yaşından filmə çəkilir. İlk filminin adı "Tamil" idi. 1988-ci ildə çəkildiyi “Dələduz” filmində əkiz bacılar roluna görə "Ən yaxşı aktrisa" adına layiq görülüb. Həmin ildə “Çandni” filmində də çəkilib.
Məşhur aktrisa Bonni Kapur ilə ailəli idi və iki qızı var idi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə