Xatirə İslam: “Evdə 10 notebookum var, internetdən istifadə edə bilmirəm”
Kompüterdən, internetdən istifadə edə bilməyən Azərbaycan ulduzları sırasına daha biri öz adını yazdırdı. SİA-ya açıqlama verən populyar müğənni Xatirə İslam çəkinmədən etiraf etdi ki, o, hələ də internet istifadəçisi deyil: "Özünü tərif kimi çıxmasın, evdə 10 notebookum var, amma internetdən istifadə edə bilmirəm. Dost-tanışlar deyir ki, Xatirə sənin saytlarda haqqında xəbər oxudum, fotolarına baxdım. Mən də özümü pərt eləməmək üçün deyirəm ki, hə məlumatlıyam. Amma özümə söz vermişəm ki, yaradıcılıq işlərimə ayırdığım vaxtdan "oğurlayıb", mütləq kompüter və internet istifadə etməyi öyrənim. Tez qavrama qabiliyyətimi nəzərə alıb, yəqin ki, yaxın aylarda mən də istifadəçilər sırasına qoşularam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB