Müğənni Səbinə Əskərova yeni mahnısını təqdim edib. Sənətçi 90-cı illərin hiti olan "Sev" mahnısını repertuarına daxil edib. Bu haqda SİA-ya açıqlama verən Səbinə Əskərova mahnını ifa etməzdən öncə müəllifləri və mahnının ilk ifaçısını icazə üçün xeyli axtardığını da əlavə edib: "Bu axtarışlarımız bir fayda vermədi. Müəlliflərdən heç birini nəinki tapa bilmədim, heç müəlliflərin kim olduğunu belə öyrənə bilmədik. Bircə onu öyrəndik ki, mahnının ilk ifaçısı Amerikada yaşayır. Onları tapa bilmədiyimdən mahnını icazəsiz ifa etməli oldum".
Səbinə Əskərova mahnının yeni aranjimanda ərsəyə gətirilməsində Fərid Ağaya təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB