Ramal: "Şou-biznesdə heç kimlə küsülü deyiləm" AÇIQLAMA

Ramal: "Şou-biznesdə heç kimlə küsülü deyiləm" AÇIQLAMA

Müğənni Ramal İsrafilov şou-biznesdə incidiyi insanlardan söz açıb. SİA-ya danışan ifaçı maraqlı açıqlama verib: "Şou-biznesdə heç kimlə küsülü deyiləm. Nə də heç bir müğənniyə qarşı içimdə nifrət hissi yoxdur. Sadəcə olaraq incidiyim sənət yoldaşlarım var. Bu küsülülük də hər bir insanın həyatında ola bilər. Tədbirlərə gedəndə hər bir həmkarımla salamlaşıram. Mahnımı ifa etdikdən sonra sağollaşıb məclisi tərk edirəm. Hansısa ifaçı da xoşuma gəlməyən hərəkət edibsə, unuduram. Lazımsız söhbətləri uzatmağı sevmirəm. Hazırda çox yaxşı həyatım var".

Bütün xəbərlər Facebook səhifəmizdə