Gizli ərə getdiyi deyilən Ülviyyədən AÇIQLAMA

Gizli ərə getdiyi deyilən Ülviyyədən AÇIQLAMA

Aktrisa Ülviyyə Əliyevanın gizli şəkildə ailə qurduğu haqda xəbərlər yayılıb. Məsələ ilə əlaqədar olaraq aktrisanın özü ilə əlaqə saxladıq.

SİA-ya açıqlama verən aktrisa bunları dedi: "Ümumiyyətlə şəxsi həyatım haqda danışmağı sevmirəm. Amma barəmdə gizli şəkildə ərə getmək xəbərinə münasibət bildirmək istəyirəm ki, yalandır. Hazırda ailəli deyiləm. İnşAllah xarakterimə uyğun bəy qarşıma çıxarsa, ərə gedərəm. Onu da xüsusi ilə qeyd edim ki, hər bir qadının ailəsi olmalıdır. Hər bir azərbaycanlı xanıma ana olmaq gözəl yaraşır”.

Bütün xəbərlər Facebook səhifəmizdə