İmicini dəyişdirən Flora Kərimovadan səmimi etiraf FOTO+VİDEO

İmicini dəyişdirən Flora Kərimovadan səmimi etiraf FOTO+VİDEO

Xəbər veridiyimiz kimi, stilist Anar Ağakişiyev bu dəfə xalq artisti Flora Kərimovanın makiyajla görünüşünü dəyişib. SİA-nın məlumatına görə, xalq artisti fotosunu paylaşaraq, təəssüratlarını bölüşüb: “Bu yaşıma kimi makiyajı, qrimi özümə yaraşdırmamışam. Üzümdəki hər cizgini Allahın lütfü bilib taleyimin naxışı sanıram, amma Anar - böyük anlamda sənətinin sənətkarı olan gəncin əl işi sizlərin yazdığı hər bir gözəl sözlərə layiqdir və düşünürəm ki, onun simasında yaradıcılığı mədəniyyətə, təmsil etdiyi sənətə töhfədir. Anar sadə olduğu qədər deyilən hər tərifə layiq bir istedaddır.

Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm. Təklif elədi ki, gəl səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt yorğun idim. O, məni makiyaj etdikçə mürgüləyirdim. Adamın yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə idim. İnsan necə bir saatın içində bu qədər cavanlaşar? Belə bir ovqat yaşatdığı üçün ona “sağ ol” deyirəm. Anar işinin rəssamıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə