Arzumun müğənni qardaşı tapıldı - FOTO

Arzumun müğənni qardaşı tapıldı - FOTO
Yeni layihələr üzərində çalışan müğənni Arzum bu günlərdə növbəti klipini təqdim edəcək. SİA-nın məlumatına görə, özünün musiqi müəllifi olduğu "Milyonların arzusu" klipi yüksək səviyyədə çəkilib.

Xəbər verdiyimiz kimi bir müddət öncə müğənni "Milyonların arzusu" klipində fərqli tərəf müqabili ilə çəkilib. Sözügedən şəxsin kimliyinə gəlincə isə, Arzum onun NEXT qrupun üzvü Əli olduğunu deyib. Əli ilə Arzumun münasibətlərinin tarixçəsinə gəlincə isə müğənni onunla bacı-qardaş olduğunu etiraf edib: "Baxmayaraq ki, mən müğənniyəm, amma ailəmdən aldığım tərbiyə mənim işimdə də öz əksini göstərir. Belə ki, mən başqası ilə klipə çəkilə bilməyəcəyim üçün öz doğma qardaşımla tərəf müqabili olmağa üstünlük verdim. Çünki özümdən aslı deyil, tanımadığım şəxslə rahat çəkilə bilmirəm".

Onu da qeyd edək ki, Arzumun bu yaxınlarda yeni saytı təqdim olunacaq. www.arzum.az saytında müğənni barədə mütəmadi olaraq yeni xəbərlər yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə