Günlərdir qalmaqalları ilə gündəmi zəbt edən aparıcı Sərxan Kərəmoğlu bu dəfə müğənni Natavan Həbibi ilə üz-üzə gəlib. SİA-nın məlumatına görə, aparıcı bu haqda "İnstagram" səhifəsində yazaraq, Natavanla dostluğuna son qoyduğunu bildirib: "Natavan Həbibi artıq dostum deyil. Sadəcə, sənətdə dostluq edə bilərik. O da hansısa məclisdən məclisə. Səbəbini isə özüm də bilmirəm, Natavanın özü bilir. Özü etiraf etdi ki, sənətdə dostlarım iki nəfərdir. Əgər desəydi, yaxın rəfiqələrim, mənə toxunmazdı. Allah dostları ilə başacan eləsin, mən saxta olub üzə gülə bilmərəm. Sərxana “sözün düzü” deyərlər. Sərxan yalandan dostluq qəbul etmir. Mənim üçün orta yoxdur. Ya sağımdasan, ya solumdasan, ya da heç yoxsan”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB