Tarkan açıqladı: "Ata olacam"

Məşhur türkiyəli meqastar Tarkan Tvitter hesabında ata olacağını açıqlayıb. Kult.az xəbər verir ki, müğənni paylaşdığı videoda bunları deyib:

“Bir müddətdir ki, bununla bağlı yazılar dərc edilir. Bizdən də hər gün soruşurlar: Doğrudur, ya yox? Deyil – desək də inanmırlar. Belə bir şey yoxdur – desək də inanmırlar. Demək ki, hiss edirlər. Bəlkə də haqlıdırlar. Bəli, doğrudur, ata oluram. Çox xoşbəxtəm. Sizlərlə də paylaşmaq istədim”.

Xatırladaq ki, Tarkan 2016-cı ildə Pınar Diləklə evlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə