Elçin Hüseynov qalmaqala səbəb olan sözlərini təkzib etdi AÇIQLAMA-FOTO

Elçin Hüseynov qalmaqala səbəb olan sözlərini təkzib etdi AÇIQLAMA-FOTO

Prodüser Tolik (Tarix Əliyev) bir neçə gün bundan öncə müğənni Elçin Hüseynovun qalmaqala səbəb olacaq fikirləri haqda danışıb. SİA-ya açıqlama verən Tolik bunları deyib: "Bir neçə gün bundan öncə Elçin Hüseynov "Mən heç vaxt müğənni xanımla ailə qurmaram. Çünki ailəmin xasiyyəti ağırdır. Düz qarşılamazlar" sözlərini demişdi. Elçinlə ötən gün görüşəndə onun bildirdiyi fikirlər haqda söhbət etdik. O, dediyi sözləri təkzib etdi. Söylədi ki, elə sözlər deməyib".

Tolik müğənni Orxan Babazadədən də söz açıb: "Orxan Babazadə bir neçə gün bundan öncə verilişimdə qonaq idi. Ondan soruşdum ki, "Müğənni xanımla ailə qurarsan?" O, mənə cavabın da söylədi ki, "Şou-biznesdə olan xanımla evlənərəm. İncəsənət xanımlarının içərisində tərbiyəli olanları da var" ".

Bütün xəbərlər Facebook səhifəmizdə