Manaf Ağayev: "Kişilərin saçlarını boyaması nə vaxtdan ayıb olub?" AÇIQLAMA
Müğənni Manaf Ağayev kişi sənətçilərinin saçlarını boyamasına münasibət bildirib. SİA-ya açıqlama verən ifaçı maraqlı açıqlamalar verib: "İncəsənət ailəmində kifayət qədər kişi müğənniləri var. Bəzi kişi sənətləri saçlarını boyayanda ona pis münasibət bəsləyirlər. Amma mən bu fikirlə razılaşmıram. Çünki efir adamı hər zaman özünə baxımlı olmalıdır. Xüsusui ilə qeyd edim ki, televiziya yaranandan qrim olub. Müğənni hansısa verilişə səliqəli geyinib, tamaşaçının qarşısına normal şəkildə çıxırsa, bunun nəyi pisdir? Saç boyamaq nə vaxdan ayıb olub? Dünyaca məşhur ulduzlar da saçlarını boyayır. Heç onları qınayan yoxdur. Amma Azərbaycanda kişi müğənnisi ağarmış saçlarını qaraldanda həmin sənətçini dərhal "yıxıb-sürüyürlər" Bu düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB