Dilarə və Muradın “Sevgililər himni”ni oxuyacaq cütlüyə hədiyyə VİDEO
Artıq bir neçə gündür yayımlanan Dilarə Kazımova və Murad Arif dueti çox qısa vaxt ərzində dinləyicilərinin rəğbətini qazanaraq, sevgililərin himninə çevrilib. SİA-nın məlumatına görə, Dilarə Kazımova və Murad Arif sevgililər günündən öncə təqdim etdiyi bu layihənin əsasında cütlüklər arasında yarışma elan edib. Belə ki, Fevralın 14-ə qədər sözügedən mahnıya sevgilisi ilə birlikdə ən kreativ və fərqli video çəkən cütlüyə Dilarə və Muraddan paytaxtın gözəl restoranlarının birində sürpriz şam yeməyi hədiyyə olunacaq. Bunun üçün izləyicilərdən bu şərtlər tələb edilir.
Paylaşacaqları videonu post olaraq hər kəsə açıq edib, #dilarakazimova #muradarif #yalnizsenigozledim #sevgililerinhimni #dilarevemuraddanhediyye kimi haştağlarla paylaşmaq.
Qalib 13 fevral saat 20:00da random sistemi ile sechilib elan olunacaq.
Qeyd edək ki, “Yalnız səni gözlədim” adlanan mahnı xüsusi ilə 14 fevral- “Sevgililər günü”nə həsr olunub. “Bumerang Label”-ın rəhbəri Nigar Məmmədovanın köməkliyi ilə ərsəyə gələn musiqili layihənin operatoru Roman Minayevdir. Mahnının sözləri və bəstəsi Murad Arifə, aranjimanı isə Givi Usenaşviliyə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB