Damla: "Talıbla sevgili deyilik" AÇIQLAMA

Damla: "Talıbla sevgili deyilik" AÇIQLAMA

Müğənnilər Talıb Tale və Damla arasında soyuq küləklər əsib. Amma ifaçılar bir neçə gün bundan öncə barışığa imza atıblar.

SİA-ya bu haqda Damlanın özü açıqlama verib: "Talıbdan incimişdim. Amma xoş söz deyən kimi onu bağışladım (gülür). Hətta mənim üçün yeni mahnı da yazıb. Həmin bəstəni tezliklə hazırlayıb, dinləyicilərin ixtiyarına verəcəyik".

Damla həmkarıyla sevgili olduqları haqda yayılan dedi-qodulara da cavab verib: "Talıb Taleylə yaxın dostuq. Onunla aramda heç bir sevgidən söhbət gedə bilməz. Kim də bizim sevgili olduğumuzu fikirləşirsə, mənə maraqlı deyil. Kimə necə xoşdur elə də düşünsün".

Bütün xəbərlər Facebook səhifəmizdə