Bir neçə il öncə boşanan azərbaycanlı aparıcılar bir arada FOTO

Bir neçə il öncə boşanan azərbaycanlı aparıcılar bir arada FOTO

Bir neçə il öncə boşanan aparıcılar Azər İsmayılov və Vüsalə Əlizadə bir araya gəliblər. SİA-nın məlumatına görə, onlar qızı Diləyin ad gününü birgə keçiriblər.

Azər birlikdə çəkdirdikləri fotonu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Dilək balam 6 yaşına keçir. Atasının gül balası, səni təbrik edirəm. Birlikdə maraqlı video olacaq. Yeri gəlmişkən şəkil pis alınıb”.

Qeyd edək ki, Azər və Vüsalə 2013-cü ildə qalmaqallı şəkildə boşanıb. 2016-cı ildə Azər ikinci dəfə ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə