Ülvira Qarayeva bu kanaldan da getdi

Aparıcı Ülvira Qarayeva ARB TV-dən gedib. SİA-nın məlumatına görə, bu haqda aparıcı sosial şəbəkədə yazıb: "ARB TV-nin "Günə son" verilişi sevimlilərim siyahısına yazıldı, format, dekor və imkanlar baxımından mənim üçün seçildi və nə yaxşı ki, ARB-də işləmək şansım oldu. Bütün iş yoldaşlarıma - qırğınla efirə çıxdığım, sonra dostlaşdıqlarıma, ilk gündən səmimi olduqlarıma - hər kəsə təşəkkür edirəm. Kimisi mənə yenidən saflığı, kimisi yaxşılığa doğru dəyişmək potensialını göstərdi. Ümumi şəkildə olanların və olmayanların hamısının mənim üçün yeri başqadır".

Bütün xəbərlər Facebook səhifəmizdə