Evinə basqın olunan azərbaycanlı stilist danışdı AÇIQLAMA-VİDEO

Evinə basqın olunan azərbaycanlı stilist danışdı AÇIQLAMA-VİDEO

Stilist Samiraldonun evinə basqın ediblər. SİA-ya bu haqda stilistin özü açıqlama verib: "Mənzilimə dəfələrlə basqın edilib. Bunun üçün evimin çöl qapısına gizli kamera yerləşdirdim. Görüntülərdən bəlli oldu ki, iki cavan oğlan mənzilimin qapısını döyür. Bu şəxslər gecə saatlarında məni narahat edirlər. Hətta avtomobilimə belə bir neçə dəfə ciddi ziyan vurublar. Maşınımı cızıb, üstünə söyüşlər yazırlar. Bildiyiniz kimi, Azərbaycanın qanunları var. Bu şəxslərlə bağlı polisə müraciət etmişəm. Evimə basqın edib, mənzilimin və maşınımın qapısını cızan şəxslər bilsinlər ki, onlardan qorxmuram. Məni qoruyan dövlətim var. Siz mənim üçün heç kimsiniz. Layiqli cavabınızı alacaqsınız".

Samiraldonun evinə basqın olunan zaman lentə alınmış görüntüləri təqdim edirik:

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə