Dilarə yenə bədənini nümayiş etdirdi

Dilarə yenə bədənini nümayiş etdirdi

“Eurovision” iştirakçılarımızdan olan Dilarə Kazımova yenidən gündəmi zəbt edib. SİA-nın məlumatına görə, sənətçi ənənəsinə sadiq qalaraq açıq-saçıq fotolar çəkdirib. O, cəsarətli şəkillərini 31 minlik "İnstagram" səhifəsində paylaşaraq, “Havada eşq qoxusu var” şərhini yazıb.

Dilarənin fotolarının müəllifi Xalid Zeynalovdur. Müğənni paylaşımına yazılacaq tənqidlərin qarşısını almaq üçün şərh bölümünü bağlayıb.

Qeyd edək ki, bir müddət əvvəl media nümayəndələrinə açıqlama verən Dilarə cəsarətli fotolar çəkdirməsi ilə bağlı sualları cavablandırmışdı. O bildirib ki, bədəni gözəl olduğu üçün belə şəkillər çəkdirməkdən çəkinmir.

Həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə