"O səs Türkiyə"nin final gecəsi keçirilib. SİA-nın məlumatına görə, tamaşaçıların səsverməsi nəticəsində Lütfiye Özipek yarışmanın qalibi seçilib.
O, müsabiqə tarixində qalib gələn ilk qadın iştirakçısı olub.
Gökhanın komandasına daxil olan Lütfiyə gecədə “Duyanlara duymayanlara” və “Möhtəşəm aşk” mahnılarını səsləndirib.
Qeyd edək ki, “TV8” kanalında Acun İlıcalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər heyətində müğənnilər Yıldız Tilbe, Hadisə, Gökhan Özoğuz və Murad Boz yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB