Tolik Nazpərinin başına tac qoyduğu üçün onu qınayanlara sərt CAVAB

Tolik Nazpərinin başına tac qoyduğu üçün onu qınayanlara sərt CAVAB

Prodüser Tolik bu gün xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyduğuna görə onu qınayanlara cavab verib. SİA-nın məlumatına görə, o, bu haqda "İnstagram" səhifəsində yazıb: "Deyirəm, bəzilərinə yer edib mənim Nazpəri Dostəliyevaya tac hədiyyə etməyim. Verilişimə gələn qonağa istədiyim hədiyyəni verə bilərəm, heç kim mənə nəsə deyə bilməz. Nazpərinin sənətinə nə olub ki, bəziləri belə yanıb tökülürlər? Əcəb etmişəm, əlimin içindən gəlib... Yaltaqlar... Mən İlhamə Quliyevanın sağlığında da Nazpəri xanımla danışırdım. Mənə heç kim qadağa qoya bilməzdi. Heç İlhamə xanımın özü də...

Bir çıxın xalq arasına görün Nazpəri qədər hörmətiniz var? Sonra danışarsınız... İlhamə xanım da mərd idi, bəziləri kimi yox... İndi bir çoxları çıxıb ki, biz onun yaxınıyıq. Sizi yanına aparsın”.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşım edərək “Mənim ilk və son taclı sənətkarım. Sən dahisən. Yerin görünür” sözlərini yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə