Prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişinə qonaq olan xalq artisti Nazpəri Dostəliyevaya sürpriz hazırlayıb.
SİA-nın məlumatına görə, prodüser müğənni üçün xüsusi tac hazırlatdırıb və efir zamanı onun başına qoyub.
Tolik “İlhamə Quliyevadan sonra heç kim tac üstə dava aparmadı. Bu tacı başda saxlamaq üçün tac ağırlığında olmasa da, sənət ağırlığında gərək ürəyi olsun. O, öləndən sonra heç kim demədi o tacın sahibiyəm.
Nazpəri qürurlu xanımdır, heç vaxt çıxıb həyatda olmayan arxasınca danışmadı. Tac ən gözəl ona yaraşacaq. Tac nə brilyantdan, nə də zümrüddəndir. Sevgidən hazırlanıb” deyə bildirib.
Xalq artisti prodüserin bu hərəkətinə belə cavab verib: “Taca dəymirəm, çünki sevgi ilə başıma qoyuldu. Mən təmənnasız sevgini hər şeydən üstün hesab edirəm".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB