Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı ilk dəfə xalq artisti İlhamə Quliyeva ilə bağlı danışıb: “Bu günə qədər bu xanım haqda yaxşı və xoşağəlməz sual verəndə cavablandırmadım. O haqq dünyasındadır. Özümə yaraşdırmıram ki, dünyasını dəyişən insan haqqında danışım. Üç gün yuxuma girdi, heç vaxt and içməyi sevmirəm. Diliylə dedi ki, mənə halallıq ver. Başımı bağladım, dua edəndə hansı geyimdə oluramsa geyindim. Səhər-səhər ona “Yasin” oxudum. Bu yuxumu heç kimə danışmamışam.
O qədər ürəyim yumşaqdır ki, bu xasiyyətə görə hər zaman problem yaşamışam. Hamımız insanıq, bilməyərəkdən səhvimiz olur. Amma ölən insan haqqında danışmaq olmaz”.
Qeyd edək ki, N.Dostəliyeva ilə İ.Quliyeva illərlə düşmən olub. Quliyeva Nazpərini məhkəməyə verib, ondan 25 min manat təzminat almışdı.
![]()
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB