Müğənni Elnarə Xəlilova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaşı proqramçda şəxsi həyatı haqda danışıb: "Hazırda 4 uşaq anasıyam. Uşaq dünyaya gətirib, onu saxlamaq asan iş deyil. Kim ürəyi istəyir dünyaya övlad gətirsin. Bu gəlinciklə oynamaq deyil. Ona tərbiyə vermək lazımdır. İnsanın ömründən gedir".
Aparıcı Elgiz Elnarəyə "Deyəsən yenidən ana olmaq fikriniz var?" sualını verib.
İfaçı aparıcıya cavabında gülərək "Qayınanamın bir yaxşı sözü var. Deyir əri olan doğmalıdır” sözlərini deyib.
E.Xəlilovanın veriliş zamanı çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşılıb. İzləyicilər sənətçinin bu sözlərini qınayıblar. Onu şəxsi həyatını gündəmə gətirərək, özünü reklam etdiyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB