Şok! Müğənni Yeganənin evindən naməlum səbəblər üzündən paltarları və əşyaları itir

Şok! Müğənni Yeganənin evindən naməlum səbəblər üzündən paltarları və əşyaları itir
Yaradıcılığını əsasən qonşu Türkiyə şou-biznesində davam etdirməyə üstünlük verən populyar Azərbaycan estrada müğənnisi Yeganə Mürəlovanın (Akbudak) başına olduqca qəribə hadisələr gəlib. Belə ki, Bakıdakı mənzilindən, müxtəlif vaxtlarda şəxsi əşyaları, geyimlərinin bəziləri yoxa çıxıb. SİA-ya danışan müğənni, baş verənlərə belə aydınlıq gətirib: "Evdən qeyb olan əşyalarımı, tapa bilməməyim mənə qəribə gəlir. Açığı itirdiklərimə görə də heyfsilənmirəm. Amma mənim mavi rəngdə çox gözəl paltarımın evdən yoxa çıxmasını hələ də unuda bimirəm. İndi sizə danışıram, gözlərim önündə təzələnir həmin paltarım, indi də onu geyinmək istərdim".

Bəlkə kimlərsə geyimlərindən istifadə edib, sənə cadu etmək istəklərini həyata keçirirlər-sualını müğənni eşitmək belə istəmədi: "Mənə kim pislik etmək istəyirsə, Allah həvalə edirəm. Pis niyyətli insanlar elə bilməsinlər ki, Allah onları cəzasız qoyacaq. Xeyr, hər kəs öz əməlinə görə, Tanrı qarşısında cavab verir. Geci-tezi var".

Yeganə sonda ataların "canıma dəyməkdənsə, malıma dəysin" misalını xatırladıb hansısa əşyasını itirdiyi zaman sevindiyini də gizlətməyib: "Bu sözü anamdan tez-tez eşidirəm. Həmişə dua edir ki, balalarıma nə qada-bəla gələcəkcə, qoy evdəki qab-qacağa-əşyalara gəlsin. Ona görə də bizim evdə bir dənə də olsun salamat qab-qacaq qalmayıb(gülür). İstanbuldan hər dəfə qayıdanda görürəm ki, hansısa qab naborundan sınanları olub. Deyirəm ki, bunları da sındırıb, gedib, təzəsini alaq. İndi sözümün canı ondadır ki, anam doğru deyir. Həyatda olacaqlardan heç kim özünü sığortalaya bilmir. Bəlkə bu səbəbdən də nəyisə sındıranda və ya itirəndə, mənə dəyərli olmasından asılı olmayaraq, sevinirəm. Yəni, canıma dəyincə, qoy, malımla dəyib məndən çıxsın".

Bütün xəbərlər Facebook səhifəmizdə