Dilarə Kazımova: "Gözəlliyimdən istifadə edirəm" FOTOLAR

Dilarə Kazımova: "Gözəlliyimdən istifadə edirəm" FOTOLAR

“Eurovision” iştirakçılarından olan Dilarə Kazımova media nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, sənətçi bir müddət əvvəl sosial şəbəkədə paylaşdığı açıq-saçıq şəkillərindən danışıb: “Müğənni üçün gözəl bədən çox vacibdir. Mən ilk dəfə Azərbaycanı "Eurovision” müsabiqəsində təmsil edəndə demişdilər ki, bədən ölçülərin çox əsasdır. "İnstagram" səhifəmdə açıq-saçıq şəkillərimi paylaşandan sonra bir çoxları anladı ki, mənim gözəl bədənim var. Hətta rəfiqələrim də dedi, sənin belə gözəl bədəninin olduğunu bilmirdik. Gözəlliyimdən lazımi anda istifadə edirəm. Mətbuatın mahnılarımdan çox açıq-saçıq görüntülərimdən yazması məni narahat etmir”.

Qeyd edək ki, bir neçə gün öncə Taylandda istirahət edən D.Kazımova ukraynalı fotoqraf Yevqeniy Uşakovun fotokamerası önünə keçərək, açıq-saçıq şəkillər çəkdirmişdi. İfaçı həmin fotoları "İnstagram" səhifəsində paylaşmışdı. Sənətçinin bu fotoları böyük səs-küyə səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə