Tanınmışlar “Bəxt üzüyü”nün təqdimatında FOTOLAR

Tanınmışlar “Bəxt üzüyü”nün təqdimatında FOTOLAR

“Planet Parni iz Baku” komandasının ərsəyə gətirdiyi “Bəxt üzüyü 2” filminin qala gecəsi baş tutub.

SİA-nın məlumatına görə, gecəyə tanınmış simalar təşrif buyurub.

Onların sırasında DTX rəisi Mədət Quliyev və həyat yoldaşı Zəhra Quliyeva, Xalq artistləri Mənsum İbrahimov, Aygün Kazımova, Brilliant Dadaşova, Ənvər Sadıqov, Əməkdar incəsənət xadimi Faiq Sücəddinov, Əməkdar artist Murad Dadaşov, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, “Xəzər” TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov, aparıcı Hacı Nuran, rəqqasə Oksana Rəsulova və başqaları olub.

“Bəxt üzüyü 2” filminin yaradıcı heyəti ekran işi nümayiş olunmadan öncə təqdimata gələn hər kəsi salamlayıblar.

Qeyd edək ki, filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı prodüseri Mirsalam Mirsalamovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə