Şəbnəm Tovuzlu: "Çox güclü qadınam" AÇIQLAMA-FOTOLAR

Ötən gün göz yaşlarına qərq olan ifaçı Şəbnəm Tovuzlu onun haqqında həqiqətə uymayan xəbər yazan saytları məhkəməyə verdiyini bildirib. SİA-ya danışan ifaçı bunları deyib: "Bir çox saytlar var ki, kiminsə sifarişi ilə mənim barəmdə düzgün olmayan məlumatlar yazırlar. Bir neçə gün bundan öncə əsəblərimi cilovlaya bilməyib, ağlayaraq açıqlama vermişdim. Kövrək biri ola bilərəm. Amma o demək deyil ki, zəifəm. Əksinə çox güclü qadınam. Sadəcə olaraq, hirsimi göz yaşı tökərək sakitləşdirirəm. Xüsusi ilə qeyd edim ki, şər, böhtan xarakterli xəbər yazan "saytlar" haqqında qanun çərçivəsində tədbirlər görüldü".

Bütün xəbərlər Facebook səhifəmizdə