Xəbər verdiyimiz kimi, müğənnilər Natavan Həbibi və Kərim Abbasov 5 ildir küsülüdür.
SİA-nın məlumatına görə, K.Abbasov "İnstagram" səhifəsində paylaşım edərək, Natavana xəbərdarlıq edib: “Bəzi müğənnilərdən xahişim var. Çox rica edirəm, mənim ünvanıma daş atmayın. Xahiş edirəm, mənlə işiniz olmasın. Lampa öz altını görmür. Amma sizi yaxşı görürəm, tanıyıram. Əgər problem axtarmırsızsa, öz taxta başınızda mənim adıma “stop” deyin. Bu, hədə-qorxu deyil. Sadəcə sizin biabır olmağınızı istəmirəm, bu böyük bir məsləhətdir”.
Qeyd edək ki, bir müddət öncə dost olan sənətçilər düşmənçiliklərinin səbəbini uzun müddət gizli saxlayıb. Kərimin bu yaxınlarda Natavanın ünvanına dediyi “Qəlbi qaradır. Aygün Kazımovanın ad gününə getdim deyə, məndən küsdü” sözləri qalmaqalı daha da alovlandırıb.
Natavan Kərimə “Kərimin illərdir uşağı olmurdu. Mənim onun övladı olmasından xəbərim yoxdur. Qəlbiqara özünsən” cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB