Fatimə Xatunu Nazəninə dəyişdi

Bir neçə gün bundan öncə müğənni Xatunla dalaşan rəqqasə Fatimə Fətəliyeva onunla iş həyatında yollarını ayırıb. SİA-nın məlumatına görə, uzun müddətdir xına mərasimlərinə Xatunla birlikdə gedən Fatimə bundan sonra Nazəninlə çalışacaq. O, bu haqda "İnstagram" səhifəsində məlumat verib.

Qeyd edək ki, Xatunla Fatimə qalmaqallı şəkildə işbirliklərinə son qoymuşdu. Sənətçilər arasında hətta dava olduğu, Xatunun Fatiməni döydüyü də deyilirdi. Küsülülüyə səbəb Xatunun xına mərasimlərini təşkil edən məkan açması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə