Xəbər verdiyiniz kimi, İradə İbrahimova Röyanın ünvanına "Türkiyədə ulduz olmayacaqsan" sözlərini demişdi. Buna əsəbiləşən Röya onu tənqid etmişdi. Əməkdar artist Lalə Məmmədova isə qalmaqala münasibət bildirərək, İradənin haqlı olduğunu bildirmişdi. SİA-nın məlumatına görə, əməkdar artist Röya Ayxan İradə İbrahimovanın Lalə Məmmədovanın onunla bağlı münasibət bildirməsinə reaksiya verib: “Çox rica edirəm ki, bu söhbəti bağlayasınız. Lalə də, İradə də, Tolik də mənimdir. Başqa problemlər var ki, onu görə bilmirik. Hərənin bir seçimi var. Mən də İradədən və Lalədən mənim seçimimə hörmətlə yanaşmalarını istəyirəm. Qızlar, aldanmamışam. Orada şou-biznesə pul da tökmürəm. 25 ildir Türkiyədə yaşayıram, orada ailəm var. Söhbəti uzatmayın. Arxamda möhkəm duran dostlarım var. Bu arada, deyim ki, Lalə də bilsin. Keçən il Antalyada konsertim oldu və Polat Yağcı (“Poll Production” musiqi şirkətinin sahibi – red.) tədbiri təşkil etdi, hamı kimi, mənə də qazandırdı. Mənə görə narahat olmayın. Sağlam addımlayıram və bu addım da sizindir. Büdrəsəm də sizsiniz, yüksəlsəm də... Sizdən pul istəyən yoxdur. Sadəcə, xeyir və şər işlərinizdə mən sizin əlinizi necə sıxıramsa, siz də mənim əlimi elə sıxın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB